...

Dünyaşöhrətli müğənni silahlı hücuma məruz qalıb

Dünya xəbərləri Materials 9 Mart 2026 16:02 (UTC +04:00)
Dünyaşöhrətli müğənni silahlı hücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı məşhur müğənni Rihanna silahlı hücuma məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, pop ulduzun Beverli Hills şəhərində (Kaliforniya ştatı) yerləşən evinə atəş açılıb.

Güllələr yaşayış evinin müxtəlif hissələrinə dəyib. Rəsmilər qeyd ediblər ki, hadisə zamanı müğənni evdə olub, lakin hücum nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, avtomobillə gələrək atəş açdıqdan sonra hadisə yerindən sürətlə uzaqlaşan şübhəli təxminən 12 kilometr aralıda saxlanılıb.

Şübhəli şəxsin qadın olduğu bildirilsə də, şəxsiyyəti hələlik açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti