...

Yaponiya və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2026 17:51 (UTC +04:00)
Yaponiya və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan ilə Yaponiya arasındakı ticarət əməliyyatlarının həcmi 20,954 milyon ABŞ dolları təşkil edib.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 20,7% azalıb.

Cari ilin yanvar ayında Azərbaycanın Yaponiyaya ixracı 1,276 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 200 min ABŞ dolları və ya 18,6% artım deməkdir.

Hesabat dövrü ərzində Yaponiyanın Azərbaycana ixracı 19,678 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,654 milyon ABŞ dolları və ya 22,3% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın ümumi xarici ticarət həcmi 3,538 milyard ABŞ dolları olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azalma deməkdir.

Ümumi ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixrac, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. İxrac ilin əvvəlindən 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Nəticədə xarici ticarət balansının müsbət saldosu 933,6 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti