...

"İnter"in müdafiəçisi "Liverpul"un hədəfindədir

İdman Materials 9 Mart 2026 14:50 (UTC +04:00)
"İnter"in müdafiəçisi "Liverpul"un hədəfindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" italiyalı futbolçunun xidmətində maraqlıdır.

"Qırmızılar" Dimarkonu yayda heyətinə qatmağa çalışacaq. 28 yaşlı sol cinah müdafiəçisi özü də Premyer Liqada oynamaq variantının əleyhinə deyil.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti