...

Gürcüstan-Yaponiya biznes forumunda Orta Dəhlizin inkişafı müzakirə olunub

Dünya xəbərləri Materials 10 Mart 2026 10:32 (UTC +04:00)
Gürcüstan-Yaponiya biznes forumunda Orta Dəhlizin inkişafı müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

"Gürcüstan–Yaponiya Biznes Forumu 2026"da Orta Dəhlizin inkişafı müzakirə olunub.

Trend-in Yaponiya səfirliyinə istinadən verdiyi məlumata görə, forum Tbilisidə Yaponiyanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstan–Yaponiya Biznes Assosiasiyası və Yaponiyanın Xarici Ticarətin İnkişafı Təşkilatının (JETRO) İstanbul ofisi ilə tərəfdaşlıq çərçivəsində, aparıcı biznes institutlarının dəstəyi ilə təşkil olunub.

Bildirilib ki, forum “Yapon biznesi Gürcüstanda – Orta Dəhlizə körpü” mövzusuna həsr edilib və investisiyalar, bərpa olunan enerji, “yaşıl maliyyələşmə", infrastruktur və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün hökumətin yüksək vəzifəli nümayəndələrini, eləcə də Yaponiya və Gürcüstanın işğgüzar dairələrinin təmsilçilərini bir araya gətirib.

“Eyni zamanda tədbir çərçivəsində Yaponiyanın Gürcüstandakı səfirliyi ilə Gürcüstan–Yaponiya Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb ki, bu da institusional və biznes əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

Yaponiyanın Gürcüstandakı səfiri İşidzuka Hideki forumun mövzusunun aktuallığını vurğulayaraq Gürcüstanın Orta Dəhlizin inkişafında, xüsusilə logistika, nəqliyyat və humanitar mübadilələr sahələrində mühüm və getdikcə artan rolunu diqqətə çatdırıb. O, həmçinin 2025-ci ilin dekabrında irəli sürülmüş "CA+JAD Tokyo Initiative" təşəbbüsünü xatırladıb və bu təşəbbüsün regional əlaqəliliyin inkişafına və Gürcüstan üçün yeni imkanların yaradılmasına töhfə verəcəyinin gözlənildiyini bildirib”, – məlumatda vurğulanıb.

Əlavə olunub ki, Yaponiyanın Gürcüstandakı səfirliyi forumun uğurla keçirilməsinə töhfə verən bütün tərəfdarlara, tərəfdaşlara, məruzəçilərə və iştirakçılara səmimi təşəkkürünü bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti