...

İki güləşçimiz Avropa çempionatında finala yüksəlib (FOTO)

İdman Materials 10 Mart 2026 00:30 (UTC +04:00)
İki güləşçimiz Avropa çempionatında finala yüksəlib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada güləş üzrə U23 Avropa çempionatı start götürüb.

Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Vasif Bağırov yarımfinalda Gürcüstan təmsilçisi Nikoloz Botçorişvilini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

79 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Səbuhi Əmiraslanov isə yarımfinalda gürcüstanlı Giorgi Qoqritçianini 4:1 hesabı ilə üstələyərək finala yüksəlib.

97 kq-da çıxış edən digər güləşçimiz Zəfər Əliyev yarımfinal mərhələsində ukraynalı İvan Primaçenkoya 2:6 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti