Bakı. Trend:
İran ABŞ ilə danışıqları davam etdirməyi məqsədəuyğun hesab etmir.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "PBS" televiziya kanalına verdiyi müsahibədə bildirib.
Ondan İran rəhbərliyinin Müctəba Xameneinin İslam Respublikasının Ali Lideri seçilməsindən sonra ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-tapmadığı soruşulub.
Onun sözlərinə görə, Müctəba Xameneinin hər hansı bir açıqlama verməsi hələ tezdir.
"Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik və bu, sonradan olacaq. Amma düşünmürəm ki, amerikalılarla gələcək təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki amerikalılarla ünsiyyət qurmaqda çox acı təcrübəmiz olub", - deyə nazir bildirib.
