Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Trend xəbər verir ki, açılış oyununda Türkiyənin "Qalatasaray" klubu öz meydanında İngiltərə "Liverpul"una qalib gəlib.
Günün digər matçlarında Almaniyanın “Bavariya” klubu İtaliyanın “Atalanta” komandasını, İspaniyanın “Atletiko Madrid” klubu isə İngiltərənin “Tottenhem” komandasını böyük hesabla məğlub edib.
“Barselona” ilə “Nyukasl” arasında görüş isə heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-də keçiriləcək.
"Qalatasaray" - "Liverpul" 1-0
"Atalanta" - "Bavariya" 1-6
"Atletiko Madrid" - "Tottenhem" 5-2
"Nyukasl" - "Barselona" 1-1
xxx
11:35
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Trend xəbər verir ki, açılış oyununda Türkiyənin "Qalatasaray" klubu öz meydanında İngiltərə "Liverpul"unu qəbul edəcək. “Rams Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçı ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.
Xatırladaq ki, bu komandalar arasında Liqa mərhələsində baş tutan oyun İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Günün digər matçları saat 00:00-da start götürəcək. Almaniyanın “Bavariya” klubu İtaliyada “Atalanta”nın, İngiltərə “Tottenhem”i İspaniyada “Atletiko Madrid”in, İspaniya “Barselona”sı isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 11-də keçiriləcək.
