Bakı. Trend:
Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur.
Hesabat ayında hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86,1 faizini təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ümumi ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 1 milyard 264,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.
