...

İsrail Müdafiə Qüvvələri Hizbullahın komanda mərkəzlərinə zərbələr endirib (VİDEO)

Dünya xəbərləri Materials 10 Mart 2026 13:11 (UTC +04:00)
İsrail Müdafiə Qüvvələri Hizbullahın komanda mərkəzlərinə zərbələr endirib (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə ərzində Livanın cənubundakı Ənsar qəsəbəsində “Hizbullah”ın komanda mərkəzləri və digər infrastruktur obyektlərinə zərbələr endirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti rəsmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, qruplaşma İsrailə raketləri məhz bu ərazidən buraxıb.

IDF qeyd edir ki, ötən gecə raket atəşindən sonra və zərbələrdən əvvəl qəsəbə sakinlərinə təxliyə ilə bağlı xəbərdarlıq edilib.

Qurum zərbələrin həyata keçirilməsini əks etdirən videogörüntüləri də yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti