...

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16%-dən çox artıb

İqtisadiyyat Materials 10 Mart 2026 12:00 (UTC +04:00)
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Trend dövlət xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 111.383 ədəd belə NKA quraşdırılıb.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

"2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2 faiz çoxdur", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti