Bakı. Trend:
İran tərəfinin xahişi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pazeşkian ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Görüşdə Prezidentimiz diplomatiyaya qapıların açılmasına ehtiyac olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini bildirdi.
R.T.Ərdoğan Türkiyənin tərəf olmadığı münaqişələrdən mənfi təsirləndiyini, hava məkanımızın pozulmasının, hər hansı bir səbəbdən, bəraət qazandırıla bilməyəcəyini və Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulatyıb.
İran prezidenti telefon danışığı zamanı daxil olan raketlərin İran mənşəli olmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırma aparacaqlarını bildirib.