...

Türkiyə "Patriot" zenit raket kompleksini işlək vəziyyətə gətirir

Dünya xəbərləri Materials 10 Mart 2026 11:40 (UTC +04:00)
Türkiyə "Patriot" zenit raket kompleksini işlək vəziyyətə gətirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Yaxın Şərqdəki eskalasiyalar fonunda raket təhdidləri səbəbindən NATO-nun hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə ABŞ-yə məxsus bir ədəd "Patriot" hava hücumundan müdafiə sistemi ölkənin cənub-şərqində yerləşən Malatya vilayətinə yerləşdirir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, Türkiyə NATO müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək və regionda baş verən prosesləri birlikdə qiymətləndirəcək.

“Türk Silahlı Qüvvələrinin ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmi qətidir. Bölgəmizdə baş verən son hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır.

Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO tərəfindən də hava və raketdən müdafiə tədbirləri həyata keçirilir. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək göstərmək məqsədilə bir "Patriot" sistemi Malatyada yerləşdirilir”,-deyə bəyanatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti