Bakı. Trend:
Martın 10-na keçən gecə İordaniyanın Əl-Əzraq şəhərində yerləşən və Almaniya Silahlı Qüvvələri (Bundesver) ilə ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin yerləşdirildiyi hərbi bazaya raket zərbəsi endirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, raketlərin İrandan buraxıldığı bildirilir.
Hələlik birbaşa zərbələrin olub-olmadığı və ya ələ keçirilmiş raketlərin qalıqlarının düşərgə ərazisinə düşüb-düşmədiyi məlum deyil.
Mərmilərdən biri Almaniya Federativ Respublikasının (AFR) kontingentinin yerləşdiyi binaya dəyib. Lakin hücum zamanı hərbi qulluqçular sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.
