...

SEPAH Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzini məhv etdiyini bildirib

Dünya xəbərləri Materials 10 Mart 2026 02:38 (UTC +04:00)

Bakı. Trend:

İran ordusunun elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Orbiter 4" çoxməqsədli pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə SEPAH-ın xüsusi bəyanatında bildirilib.

"SEPAH-ın hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi hissəsindəki İsfahan səmasında qabaqcıl Orbiter 4 pilotsuz uçuş aparatını vurub", - deyə qeyd olunub.

Həmçinin iddia olunub ki, İsrail ərazisinə edilən hücumlardan birindən sonra "Tel-Əvivin cənubunda yerləşən peyk rabitə mərkəzi tamamilə məhv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti