Bakı. Trend:
Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib.
Trend xəbər verir ki, yük maşınları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.
xxx
13:06
Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.
Trend xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.
Humanitar yardıma 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Hazırda humanitar yardım yüklənmiş avtomobillər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.
Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.
xxx
09:22
Prezident İlham Əliyevin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.
