Bakı. Trend:
Tehran Hörmüz boğazından neft tədarükünə mane olarsa, ABŞ İrana zərbələrin intensivliyini 20 dəfə artıra bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"Əgər İran Hörmüz boğazında neft tədarükünü dayandırmaq üçün bir şey etsə, ABŞ ona əvvəlkindən 20 dəfə daha sərt zərbə endirəcək", - deyə o bildirib.
O, həmçinin ABŞ-nin "asanlıqla məhv edilən hədəflərə hücum edəcəyini" və bundan sonra İranın "praltik olaraqözünə gələ bilməyəcəyini" irəli sürdü. Onun fikrincə, İran bundan sonra "ölüm, od və qəzəb"lə üzləşəcək.
