...

Xocalıda 8 yaşayış məntəqəsinin elektrik enerjisi təminatı ilə bağlı 8,1 milyon manatlıq işlər görüləcək

Energetika Materials 10 Mart 2026 12:13 (UTC +04:00)
Xocalıda 8 yaşayış məntəqəsinin elektrik enerjisi təminatı ilə bağlı 8,1 milyon manatlıq işlər görüləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi ilə təminatı ilə bağlı işlərə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində Xocalı rayonu Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunacaq.

Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 8,1 milyon manata başa gələcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti