...

İran ABŞ-ın gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır - KİV

Dünya xəbərləri Materials 10 Mart 2026 01:28 (UTC +04:00)
İran ABŞ-ın gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır - KİV
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ABŞ Prezidenti Donald Trampın administrasiyasının gözlədiyindən daha çox hərbi əməliyyatlara hazır olduğunu nümayiş etdirib.

Trend-in məlumatına görə, bu barədə “The New York Times” (NYT) qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin fikrincə, münaqişənin ilk həftəsində ABŞ və İsrail tərəflərində qeydə alınan itkilərin sayı, həmçinin İranın Ali Lideri Əli Xameneinin ölümündən sonra belə döyüşlərin davam etməsi Tehranın müharibəyə daha hazırlıqlı olduğunu göstərir.

Eyni zamanda, ABŞ rəsmiləri münaqişə davam etdiyi təqdirdə, itkilərin artacağını gözlədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti