Bakı. Trend:
Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.
Trend-in məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb”.
Martın 7-də “Sky News” telekanalı mənbəyə istinadla bildirmişdi ki, Böyük Britaniya Portsmut şəhərində yerləşən “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün göndərilməsinə hazırlaşır.