Bakı. Trend:
İndoneziyanın ən iri poliqonunda baş verən uçqun nəticəsində azı yeddi nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisə Cakartanın şəhər kənarında yerləşən Bantaraqebank poliqonunda baş verib. Uçqunun leysan yağışlarından sonra baş verdiyi bildirilir. Xilasedicilər dağılmış tullantı qalaqlarının altından 7 meyit aşkarlayıblar.
Qeyd edək ki, bundan əvvəl İndoneziyanın Qərbi Yava əyalətində leysan yağışlardan sonra başqa verən torpaq sürüşmələrində 25 nəfərin həlak olduğu deyilirdi. İki kənd tamamilə yer üzündən silinib.
