...

Qubada 3 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Cəmiyyət Materials 10 Mart 2026 12:45 (UTC +04:00)
Qubada 3 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Samir İslamov
saxlanılıb.

Trend-in məlumatına görə, onun üzərinə və yaşadığı evə baxış zamanı ümumi çəkisi 3 kiloqram 260 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İslamovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti