...

Azərbaycandan İrana 30 tona yaxın qida məhsulu göndərilib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2026 09:23 (UTC +04:00)
Azərbaycandan İrana 30 tona yaxın qida məhsulu göndərilib (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilib. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan İrana 30 tona yaxın qida məhsulu göndərilib. Yardıma un, düyü, qənd, çay kimi əsas ərzaq məhsulları, eləcə də dərman və tibbi ləvazimatlar daxildir.

E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınıb və qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Qeyd edək ki, humanitar yardım qonşu ölkədə ehtiyacı yaranmış əhaliyə dəstək məqsədilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti