...

Rusiya məhkəməsi "Google"u cərimələyib

Dünya xəbərləri Materials 10 Mart 2026 15:22 (UTC +04:00)
Rusiya məhkəməsi "Google"u cərimələyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Google" Rusiyada qadağan olunmuş bəzi məzmunlara çıxışı məhdudlaşdırmadığına görə 11 milyon 400 min rubl (təxminən 145 min dollar) məbləğində cərimələnib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, işə paytaxt Moskvada baxılıb.

Məhkəmə şirkətin qanunvericiliyin tələblərinə əməl etmədiyini müəyyən edərək, "Google"un göstərilən məbləğdə cərimə ödəməsinə qərar verib.

Bildirilir ki, şirkət daha əvvəl də qadağan olunmuş məzmunu silmədiyi, Rusiyadakı istifadəçilərin şəxsi məlumatlarına çıxışı məhdudlaşdırmadığını və digər pozuntular səbəbilə müxtəlif məbləğlərdə cərimələrə məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti