...

Yanvar ayında Azərbaycan və Türkiyə arasındakı ticarət əməliyyatlarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 Mart 2026 15:39 (UTC +04:00)
Yanvar ayında Azərbaycan və Türkiyə arasındakı ticarət əməliyyatlarının həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 431,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 51,3 milyon ABŞ dolları və ya 10,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,20%-ni təşkil edib. Beləliklə, hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında Türkiyə 2-ci yeri tutub.

2025-ci ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixrac olunan məhsulların dəyəri 268,2 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 39,9 milyon ABŞ dolları və ya 13% azdır.

Ötən ilin yanvar ayında Türkiyədən Azərbaycana idxal olunan məhsulların dəyəri 163,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 6,6% azdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5% azdır. Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən illə müqayisədə ixrac 802 milyon ABŞ dolları və ya 26,4%, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti