Bakı. Trend:
Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu eskalasiyalar fonunda Hörmüz boğazına doğru gəmi karvanı irəliləyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu bunu“Marinetraffic” resursunun məlumatları göstərir.
Məlumatara əsasən, “Neon”, “Elite”, “Genesis Alpha” adlı neft tankerləri, eləcə də quru yük gəmiləri hazırda boğaz istiqamətində hərəkət edir. Gəmilər saatda 9,5–10 düyün sürətlə irəliləyirlər.
Qeyd edək ki, Hörmüz boğazının şimal sahilləri İrana məxsusdur.
Martın 9-da ABŞ Prezidenti Donald Trampın administrasiyası xəbərdar edib ki, əgər Tehran Hörmüz boğazı vasitəsilə neft tədarükünü dayandırarsa, ABŞ hərbçiləri İrana əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək.
Strateji əhəmiyyətli boğazda tankerlərin hərəkəti onsuzda faktiki olaraq iflic olub. ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlamasından sonra bir çox gəmiçilik şirkətləri hücum riski olduğuna görə gəmilərini o bölgəyə göndərməkdən imtina edib. Mövcud vəziyyət dünya bazarlarında neft qiymətlərinin kəskin bahalaşmasına yol açıb.
