...

Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinə yeni rəhbər təyinatı olub

Cəmiyyət Materials 10 Mart 2026 14:19 (UTC +04:00)
Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinə yeni rəhbər təyinatı olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

Trend-in məlumatına görə, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti