Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 666,2 milyon manata çatıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 18 milyon manat və ya 2,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 126,8 milyon manat və ya 16% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.
