...

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıblar (VİDEO)

Cəmiyyət Materials 10 Mart 2026 15:04 (UTC +04:00)
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıblar (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti