Bakı. Trend:
Misli Premyer Liqasında XXIII turun oyunlarına yekun vurulub.
Trend xəbər verir ki, turun sonuncu qarşılaşmasında lider "Sabah" doğma meydanda "Qəbələ" klubunu 7:1 hesabı ilə məğlub edib.
Görüşdə meydan sahiblərinin qollarını Coy Lens Mikels (11, 32), Aleksey İsayev (24), Kahim Parris (40), Aron Maluda (53), Cesse Sekidika (63) və Rəhman Daşdəmirov (77) vurublar. Qonaq komandanın heyətində isə Adriel Ba Loua (87) təsəlli qoluna imza atıb.
Bu nəticədən sonra "Sabah" 56 xalla turnir cədvəlində vahid liderliyini qoruyur. "Qəbələ" isə 16 xalla 11-ci pillədə qərarlaşıb.
