Bakı. Trend:
Kanadada naməlum şəxs ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma törədib.
Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində mümkün xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisə yerində odlu silahdan açılan atəş izləri aşkar edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
