...

Azərbaycan enerji keçidini dəstəkləmək üçün enerji saxlama layihələrində maraqlıdır

İqtisadiyyat Materials 10 Mart 2026 20:49 (UTC +04:00)
Azərbaycan enerji keçidini dəstəkləmək üçün enerji saxlama layihələrində maraqlıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Azərbaycan enerji keçidi dövründə enerji sisteminin sabitliyini təmin etməyə kömək edəcək enerji saxlama layihələrinin həyata keçirilməsində maraqlıdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında "Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını" mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib.

İsayevin sözlərinə görə, bərpa olunan enerji texnologiyalarının inkişafı əvvəllər baha başa gələn bir çox layihəni tədricən iqtisadi cəhətdən daha səmərəli edir.

"Bu gün biz texnoloji irəliləyişlərin - məsələn, günəş enerjisi və ya dənizdəki külək elektrik stansiyalarında - əvvəllər iqtisadi cəhətdən çox bahalı hesab edilən layihələri sənaye üçün necə cəlbedici və iqtisadi cəhətdən mümkün etdiyini görürük", - o qeyd edib.

O, həmçinin enerji keçidlərini həyata keçirən ölkələrin məhdud elektrik şəbəkəsi tutumu problemi ilə üzləşdiyini vurğulayıb.

"Biz enerji saxlama texnologiyalarının inkişafını yaxından izləyirik və enerji sisteminin dayanıqlığını təmin etməyə kömək edəcək oxşar layihələrin həyata keçirilməsində maraqlıyıq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti