...

Ötən il Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 20 milyard dollara yaxınlaşıb

İqtisadiyyat Materials 10 Mart 2026 18:00 (UTC +04:00)
Ötən il Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 20 milyard dollara yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dolları olub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 177,4 milyon ABŞ dolları və yaxud 0,9% çoxdur.

Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8% artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6% artaraq 2,826 milyard ABŞ dolları olub.

Hesabat ili ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66%, idxalında payı isə 11,59% olub.

Təkcə bu ilin yanvar ayında isə Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 1,781 milyard ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 837,9 milyon ABŞ dolları və ya 1,5 dəfə azdır.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 1,5 dəfə azalaraq 1,597 milyard ABŞ dolları, idxalının dəyəri isə 13,4% azalaraq 184,3 milyon ABŞ dolları olub.

Hesabat ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,42%, idxalında payı isə 14,15% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti