Bakı. Trend:
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
