...

"DFC" ABŞ Dövlət Departamenti ilə birgə Orta Dəhlizin inkişafı ilə bağlı sıx əməkdaşlıq edir

İqtisadiyyat Materials 11 Mart 2026 00:39 (UTC +04:00)
"DFC" ABŞ Dövlət Departamenti ilə birgə Orta Dəhlizin inkişafı ilə bağlı sıx əməkdaşlıq edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC) Orta Dəhlizin inkişafını irəli aparmaq üçün ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq edir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının idarəedici direktoru Kennet Edgel Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.

Edgel Azərbaycanın həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə ölkə kimi unikal coğrafi mövqeyini vurğulayıb və Transxəzər Dəhlizi kimi də tanınan Orta Dəhliz çərçivəsində ortaq məqsədlərə çatmaq üçün bunun əhəmiyyətini qeyd edib.

“Bu dəhliz Mərkəzi Asiyanı Avropa və Amerika bazarları ilə daha da birləşdirəcək ki, bu da administrasiyanın əsas marağıdır”, – deyə o bildirib.

O əlavə edib ki, "DFC" dəhlizin inkişafını irəli aparmaq üçün ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq edir.

Edgel regional əməkdaşlığın daha geniş iqtisadi faydalarını da vurğulayıb. O, 8 avqustda imzalanan müqavilələrə toxunaraq regional sabitliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın rolunu və “sülhün həyatları xilas etdiyini və rifaha yol açdığını” qeyd edib. “Burada "DFC", "EXIM Bank" və "USTDA" rol oynayır”, – deyə o bildirib.

Edgel "DFC"nin “biznes üçün açıq” olduğunu və Azərbaycanda yeni layihələrdə iştirak etməyə hazır olduğunu bildirib.

“Strateji tərəfdaşlıqlar kağız üzərində əla konsepsiyalardır, lakin biz konkret layihələr görmək istəyirik. Azərbaycan bazarındakı geniş imkanlardan həyəcan duyuruq və potensial investisiyalar və əməkdaşlıq barədə bizimlə dialoq açan bu tədbirdə maraqlı tərəflərə minnətdaram”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti