...

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb

Dünya xəbərləri Materials 10 Mart 2026 22:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keniyada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb.

Trend xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, Keniyada daşqınlar martın 6-dan bəri davam edir və ölümlərin əksəriyyəti Nayrobidə qeydə alınıb. Ən azı 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Polis bir neçə ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Fırtına həmçinin infrastruktura ciddi ziyan vurub. Bir çox yerdə yollar yuyulub və su altında qalıb, su və kanalizasiya sistemləri zədələnib, elektrik təchizatı sıradan çıxıb. On altı polis bölməsi də su altında qalıb.

Eyni zamanda hüquq-mühafizə orqanları bu problemlərin qurbanlara yardım göstərilməsi işinə və daşqınların dağıdıcı nəticələrinin tez bir zamanda aradan qaldırılmasına təsir göstərmədiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti