...

ABŞ Ticarət Nazirliyi və "USACC" strateji tərəfdaşlıq qurmaq niyyətindədir

İqtisadiyyat Materials 10 Mart 2026 23:25 (UTC +04:00)
ABŞ Ticarət Nazirliyi və "USACC" strateji tərəfdaşlıq qurmaq niyyətindədir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) strateji tərəfdaşlıq qurmaq niyyətlərini açıqlayıblar.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə ABŞ Ticarət Departamentinin köməkçi katibinin müavini Bill Quidera ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.

“Biz ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığı davam etdirməyə və Azərbaycanda biznes fəaliyyəti göstərən şirkətləri dəstəkləməyə hazırıq. ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyası və "USACC" Cənubi Qafqaz regionunda regional ticarəti artırmaq və məhsuldarlığı yüksəltmək üçün strateji tərəfdaşlığa girmək niyyətlərini açıqlayıblar. Bu, çox vacibdir. Hər şey ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycan hökumətindən başlayır”, – deyə o bildirib.

Bill Quidera qeyd edib ki, "USACC" artıq 30 ildir ABŞ ilə münasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“İnanırıq ki, bu səylərin nəticələrini bu gün çox əhəmiyyətli miqyasda görürük. Prezident Trampın avqustun 8-də ev sahibliyi etdiyi sammit, ardınca vitse-prezident Vensin səfəri böyük əhəmiyyət kəsb etdi. Biz bu əlaqələri daha da gücləndirməyi səbirsizliklə gözləyirik və hesab edirik ki, bu səfərlər münasibətlərimizin əhəmiyyətinin vacib sübutudur”, – deyə o əlavə edib.

Bill Quidera vurğulayıb ki, Ticarət Nazirliyi bu münasibətlərə böyük dəyər verir və ənənəvi olaraq enerji, süni intellekt və regional əlaqələrə yönəlmiş nümayəndə heyətləri və tədbirləri əhatə edən birgə proqramların təşkili səylərini davam etdirəcək.

"USACC"nin icraçı direktoru Natiq Baxışov isə bildirib ki, ABŞ-Azərbaycan Ticarət Palatası üçün ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq qurmaq böyük şərəfdir.

“Dəstəyinizə görə çox təşəkkür edirəm. Birlikdə ABŞ və Azərbaycan arasında daha güclü münasibətlər quracaq və regional əməkdaşlığı gücləndirəcəyik”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti