...

İsrail Hərbi Hava Qüvvələri Tehran və Təbrizə zərbələr endirib

Dünya xəbərləri Materials 10 Mart 2026 23:11 (UTC +04:00)
İsrail Hərbi Hava Qüvvələri Tehran və Təbrizə zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda Tehran və Təbrizə birgə hücumlar həyata keçirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, zərbələrin hədəfi İran silahlı qüvvələrinin əsas komandanlıq mərkəzləri olub.

Qeyd olunub ki, hədəflər arasında xüsusi təyinatlı qüvvələrin qərargahı, Təbrizdə yerləşən böyük "Bəsic" milis kompleksi, Tehrandakı "İmam Həsən" hərbi kompleksi və digər qərargahlar yer alıb.

Xəbər lenti

Xəbər lenti