Bakı. Trend:
ABŞ Dövlət Departamenti İsveçə 930 milyon dollara "M142 HIMARS" reaktiv yaylım atəş sistemlərinin satışı üzrə sazişi təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə departamentin məlumatında bildirilib.
Sazişə 20 buraxılış qurğusu, 140 idarə olunan mərmi komplekti, "AN/PRC-158" və "AN/PRC-160" radiostansiyaları, eləcə də digər rabitə avadanlığı və ehtiyat hissələri daxildir.
