Bakı.Trend:
Martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
