...

ABŞ-da Çin restoranında iğtişaş törədən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 11 Mart 2026 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də polis Çin restoranına girərək iğtişaş törədən bir kişini saxlayıb.

Trend xəbər verir ki, bu barədə “Us Weekly” məlumat yayıb.

Hadisə Florida ştatının Orlando şəhərində yerləşən “Pearl's Chinese” restoranında baş verib. Bildirilib ki, 43 yaşlı Riçard Jarvis əvvəlcə restorana arxa qapıdan daxil olmağa çalışıb, içəridə olanları öldürməklə hədələyib, daha sonra isə ön girişdən içəri girərək birbaşa mətbəxə yollanıb.

Orada o, kürəklə bəzi avadanlıqları sındırıb və yeməkləri yararsız hala salıb. Restoran sahibi iğtişaş törədən şəxsi dayandırmağa çalışsa da, kişi qaçmağa cəhd edərək onu kürəklə vurmaqla hədələyib.

Saxlanılan şəxs hərəkətlərini bəşəriyyət üçün narahatlıqla izah edib. Onun sözlərinə görə, bütün Çin restoranlarının iyulun 6-da yeni COVID-19 ştammını yaymağı planlaşdırdığına inanıb və guya bunun qarşısını almağa çalışıb.

Xəbər lenti

Xəbər lenti