Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Texas ştatında yeni neft emalı zavodunun açılması planlarını açıqlayıb.
Trend xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında məlumat verib.
“50 ildən sonra ilk neft emalı zavodu Texasın Braunsvill şəhərində açılır”, – deyə o qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Braunsvill limanında açılacaq neft emalı zavodu ABŞ bazarlarına yanacaq tədarükünü təmin edəcək, milli təhlükəsizliyi gücləndirəcək, ölkədə enerji istehsalını sürətləndirəcək və milyardlarla dollar maliyyə faydası yaradacaq.
