...

USTDA apreldə Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır (ÖZƏL)

İqtisadiyyat Materials 11 Mart 2026 09:28 (UTC +04:00)
USTDA apreldə Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) aprel ayında Azərbaycana üçüncü missiyasını göndərməyi planlaşdırır.

Bu barədə USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kress Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

O qeyd edib ki, USTDA iki ölkə arasında kommersiya əlaqələrinin genişləndirilməsi yollarını tapmaq üçün Azərbaycanla fəal şəkildə əməkdaşlıq edir.

“Son iki ay ərzində USTDA nümayəndələri artıq iki dəfə Azərbaycana səfər ediblər və biz fəal şəkildə apreldə agentliyin ölkəyə üçüncü missiyasını təşkil etməyi planlaşdırırıq. Layihələrin ilkin planlaşdırılması alətlərimizin və tərəfdaşlıqların qurulması tədbirlərinin tətbiqi üçün vəziyyət həqiqətən münasib görünür. USTDA-nın əsas məqsədi həm ABŞ-nin, həm də xarici tərəfdaşlarımızın maraqları naminə dünya səviyyəli, sınaqdan keçmiş Amerika infrastrukturunun tətbiqini təşviq etməkdir. Bu isə Amerika şirkətlərinin Azərbaycan üçün də prioritet olan infrastruktur layihələrində iştirak etməsi üçün yeni imkanların yaradılması deməkdir. Azərbaycanda xüsusilə enerji və rəqəmsal infrastruktur sahələrində perspektivlər görürük, həmçinin zəruri əhəmiyyətli minerallar üzrə nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı potensial layihələri araşdırmaq istəyirik”, – deyə USTDA-nın regional direktoru bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti