...

Xızıda naməlum piyadanın ölümü ilə nəticələnən qəza – Polis vətəndaşlara müraciət edir (VİDEO)

Hadisə Materials 11 Mart 2026 10:25 (UTC +04:00)
Xızıda naməlum piyadanın ölümü ilə nəticələnən qəza – Polis vətəndaşlara müraciət edir (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fevral ayının 11-də saat 22:30 radələrində Bakı–Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müeraciətində deyilir.

Bildirilir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında naməlum kişi cinsli piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.

Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, +994 55 210 73 73 şəhər və mobil nömrələrinə, həmçinin 102 xidmətinə məlumat versinlər", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti