Bakı. Trend:
Bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti dörd qarşılaşması keçiriləcək.
Trend xəbər verir ki, günün ilk matçında Almaniyanın “Bayer Leverkuzen” klubu İngiltərənin “Arsenal” komandası ilə qarşılaşacaq.
Gecənin digər oyunlarında Norveçin “Budyo Qlimt” klubu Portuqaliyanın “Sportinq” komandası ilə, Fransanın "PSJ" klubu İngiltərənin “Çelsi” komandası ilə, İspaniyanın “Real Madrid” klubu isə İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gələcək.
21:45. “Bayer Leverkuzen” - “Arsenal”
00:00. “Budyo Qlimt” - “Sportinq”
00:00. "PSJ" - “Çelsi”
00:00. “Real Madrid” - “Mançester Siti”
