Bakı. Trend:
“Barselona” klubu “Kamp Nou” stadionu üçün Barselona Şəhər Şurası tərəfindən verilmiş 1C lisenziyasını alıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu lisenziya stadionun tamaşaçı tutumunun 45 mindən 62 minə qədər artırılmasına imkan verir.
Bildirilib ki, bu mərhələ əsasən stadionun birinci və ikinci mərtəbələri arasında yerləşən VIP zonaların və istirahət otaqlarının inkişafına yönəlib. Layihə çərçivəsində əlavə qonaqpərvərlik zonalarının yaradılması da nəzərdə tutulur.
Məlumata görə, bu mərhələ stadionun cənub hissəsində yerləşən və stadionun tarixi açılış ilinin şərəfinə “Qol 1957” adlandırılan yeni fan zonasının inkişafını da əhatə edir. Bu məkan oyunlar zamanı azarkeşlərin atmosferi və dəstəyi artırması üçün nəzərdə tutulub.
