Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) gəminin döyüş imkanlarının qiymətləndirilməsi üzrə davam edən sınaqlar çərçivəsində “Choe Hyon” esminesinin göyərtəsindən strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib.
Trend xəbər verir ki, bu barədə KXDR-in mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn buraxılışı videobağlantı vasitəsilə izləyib.
Bildirilir ki, buraxılan qanadlı raketlər Koreya Qərb dənizi (Sarı dəniz) üzərində müəyyən edilmiş trayektoriya ilə 10 116–10 138 saniyə ərzində uçaraq ayrı-ayrı hədəfləri vurub.
Kim Çen İn strateji silahların komandanlığının dövlət inteqrasiya sisteminin etibarlılığının və gəminin inteqrasiya olunmuş döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindən məmnunluğunu ifadə edib. O, həmçinin praktik zərurət və ölkənin reallıqları baxımından gəmi silah sistemlərinin tərkibinə yenidən baxılması barədə göstəriş verib.
KXDR lideri qeyd edib ki, düşmən donanmasına qarşı əməliyyat imkanlarını artırmaq üçün su tutumu 5 və 8 min ton olan döyüş gəmilərində göyərtə artilleriya qurğuları əvəzinə əlavə səsdən sürətli raketlər quraşdırmaq lazımdır.
Kim Çen İn vurğulayıb ki, dövlətin nüvə silahlı qüvvələri çoxtərəfli tətbiq mərhələsinə keçib və son vaxtlar KXDR-də strateji və taktiki zərbə vasitələrinin hazırlanması və tətbiqi sahəsində mühüm praktiki nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, bu tədbirlər ölkənin özünümüdafiə qabiliyyətinin vacib elementlərindən biridir.
