...

Türkiyənin Mersin meriyasında korrupsiyaya qarşı əməliyyat – çox sayda saxlanılan var

Dünya xəbərləri Materials 11 Mart 2026 11:20 (UTC +04:00)
Türkiyənin Mersin meriyasında korrupsiyaya qarşı əməliyyat – çox sayda saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Türkiyənin Mersin şəhərində Mersin Vilayətinin Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Mersin Böyükşəhər Bələdiyyəsində (meriyasında) tenderlərə müdaxilə və rüşvət cinayətləri ilə bağlı əməliyyat keçiriblər.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat çərçivəsində polisin bələdiyyə binasında axtarış apardığı, həmçinin bir çox şübhəli şəxs barəsində saxlanılma qərarının olduğu məlum olub.

Qeyd edək ki, Mersin böyükşəhər bələdiyyəsinə Cumhuriyyət Xalq Partiyasından (CHP) olan mer başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti