...

Türkiyəyə dil uzadanın dili yanar – Ərdoğan

Dünya xəbərləri Materials 11 Mart 2026 15:15 (UTC +04:00)
Türkiyəyə dil uzadanın dili yanar – Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyəyə dil uzadanın dili yanar.

Trend xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı Yaxın Şərqdəki gərginliyi şərh edərkən bildirib.

“Bugünkü Türkiyə çox fərqlidir, öz gücünü daha da artırıb. Türkiyə passiv mövqedən çıxaraq regionda oyun qurucu rolunu üzərinə götürüb. Türkiyəyə dil uzadanın dili yanar”, -deyə o bildirib.

Türkiyə dövlət başçısı Ankaranın gərginlik tərəfdarı olmadığını bildirsə də, ölkəyə qarşı təhdidlərin cavabsız qalmayacağını deyib.

“Biz macəra axtarışında deyilik, gərginlik tərəfdarı əsla deyilik. Biz bölgəmizin hər qarışında və hər guşəsində sülh və sabitliyin hökm sürməsinin tərəfdarıyıq. Bizim sülhdən başqa heç bir məqsədimiz yoxdur. Heç kimin torpağında gözümüz yoxdur. Amma macəra axtaran olarsa, ona da meydan oxumaqdan çəkinmərik”,-deyə Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti