Bakı.Trend:
Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
