...

İranda təxminən 20 minə qədər binaya ciddi şəkildə ziyan dəyib - Qırmızı Aypara Cəmiyyəti

Dünya xəbərləri Materials 11 Mart 2026 14:31 (UTC +04:00)
İranda təxminən 20 minə qədər binaya ciddi şəkildə ziyan dəyib - Qırmızı Aypara Cəmiyyəti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 19 734 binaya ciddi şəkildə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu binalardan 16 191-i sadəcə yaşayış binalarıdır.

Xaledi bildirib ki, indiyə qədər Qırmızı Aypara Cəmiyyətinin 16 mərkəzi hərbi hava hücumlarına məruz qalıb və fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti